
Başlığa klikləməklə ƏSAS səhifəyə qayıda bilərsiniz
EVERYONE AND EVERYTHING
CARRIED BY THE RECEDING TIDE

Artwork "I was here/I was not"(II)
Lena Pozdnyakova
Collage (2025)
The work raises questions about our place within the broader ecological framework and emphasizes the temporal dimension in relation to human existence. While rooted in an anthropogenic perspective, it also considers timescales that extend beyond a single human lifetime. This invites reflection on how our actions today impact future generations—both human and more-than-human communities.
Əsər:"Buradaydım/Burada deyildim"(II)
kollaj, (2025)
Lena Pozdnyakova
Bu əsər, insanın geniş anlamda ekoloji çərçivə daxilindəki mövqeyini sorğulayır və insan varlığının zaman ölçüsü ilə olan əlaqəsini vurğulayır. Antropogen baxışa əsaslansa da, insan ömrünü aşan zaman miqyaslarını da nəzərə alır. Bu, bizi bu gün atdığımız addımların gələcək nəsillər – həm insan, həm də insan olmayan canlıların icmalarına necə təsir etdiyini dərindən düşünməyə dəvət edir.

Xəzər dənizi əslində dəniz deyil. Faktiki olaraq, o, şimaldan cənuba təxminən 1,000 kilometr uzanan, ümumi sahəsi isə təxminən 400,000 kvadrat kilometr təşkil edən, dünyanın ən böyük qapalı su hövzəsi və ən nəhəng gölüdür.
Qış aylarında, şimal hissəsində buz qatı yaranır, mərkəzi və cənub bölgələri isə adətən buz bağlamır. Şimal bölgəsində temperaturlar aşağı olsa da, buzlama təkcə coğrafi en ilə izah olunmur: məsələ kifayət qədər daha mürəkkəbdir. Şimaldan cənuba doğru duzluluq və dərinlik baxımından fərqlər müşahidə olunur.
The Caspian Sea isn’t really a sea but, in fact, a giant lake (the world's largest inland body of water) that spans roughly 1,000 kilometers (600 miles) from north to south, at under 400,000 square km.
In the winter, ice often forms over the lake’s northernmost reaches, while the central and southern parts remain ice-free. Temperatures are generally lower in the north, so you might guess that the ice owes its existence purely to the higher latitude. But the reality is more complex: From north to south, the Caspian Sea also exhibits differences in salinity and depth.
It has a shallow Northern basin, fed by the Ural and Volga rivers, that has salinity levels of fresh water, and a deeper middle and Southern basin, which has one-third of the ocean’s salinity. Water levels in the Caspian decreased by 7 centimeters (3 inches) per year from 1996 to 2015, about 1.5 meters (5 feet) total. The fluctuation of the Caspian Sea's water level can be primarily attributed to reduced inflows from the Volga River, which accounts for about 80% of the total water inflow into the Caspian Sea, as well as heightened evaporation rates in the shallower areas of the sea. .
Xəzər dənizinin dayaz şimal hövzəsi Ural və Volqa çaylarından qidalanır və bu hövzədə duzluluq səviyyəsi şirin suya yaxındır. Nisbətən daha dərin orta və cənub hövzələri isə okean duzluluğunun üçdə biri səviyyəsindədir. 1996-2015-ci illərdə Xəzər dənizinin su səviyyəsi ildə 7 santimetr olmaqla, ümumilikdə təxminən 1,5 metr azalmışdır. Xəzər dənizində su səviyyəsinin dəyişməsi əsasən Volqa çayından daxil olan axınların azalması ilə əlaqələndirilir. Volqa çayı Xəzər dənizinə axan ümumi suyun təxminən 80%-ni təşkil edir. Bundan əlavə, bu dəyişikliyə səbəb olaraq dənizin daha dayaz sahələrində baş verən buxarlanma sürətinin yüksəlməsini də göstərmək olar.
NASA Earth Observatory. (2010, January 4). Caspian Sea. NASA. https://earthobservatory.nasa.gov/images/44253/caspian-sea
Alarming estimates put forth by officials suggest that by the end of the 21st century, Caspian Sea water levels could potentially decline by a staggering 18 meters, with the northern basin, where depths do not exceed 16 feet, facing the dire prospect of disappearing within the next 75 years. This severe environmental crisis has the potential to inflict irreparable harm upon the Caspian region's ecologically vital wildlife, threatening its delicate balance and biodiversity.
Rəsmi qurumların verdiyi bədbin proqnozlar göstərir ki, XXI əsrin sonuna qədər Xəzər dənizinin su səviyyəsi kəskin şəkildə, 18 metrə qədər azala bilər. Ən pis proqnoz isə, dərinliyi təxminən 5 metrdən çox olmayan şimal hövzəsi növbəti 75 il ərzində tamamilə yox olması ilə bağlıdır. Bu ciddi ekoloji böhran Xəzər bölgəsinin ekoloji cəhətdən həyati əhəmiyyət kəsb edən vəhşi flora və faunasında bərpaolunmaz zərərlərə səbəb ola, onun zərif tarazlığına və biomüxtəlifliyinə təhlükə törədə bilər.

2.5 metr enmə ssenarisi


5 metr enmə ssenarisi


10 metr enmə ssenarisi



15 metr enmə ssenarisi







Xəzərin səthində və sularında temperaturun getdikcə yüksəlməsi, eləcə də dayaz ərazilərdə su səthinin kiçilməsi, dəniz buzunun qalınlığını, mövsümi davamlılığını və keyfiyyətini əhəmiyyətli dərəcədə zəiflətmişdir. Bu əlverişsiz ekoloji dəyişiklik Xəzər suitilərini yayılma və çoxalma üçün vacib olan müvafiq buz örtüyündən məhrum edib. Nəticə etibarilə, suitilər ya quru ərazilərə çəkilməyə, ya da Xəzərin digər bölgələrinə köç etməyə məcbur qalırlar. Bu isə onları davamlı olmayan yaşayış mühitinə sürükləyir, həyat keyfiyyətlərini aşağı salır və suiti populyasiyasının sıxlığını artırır.

Rising average surface and water temperatures, coupled with the shrinking surface area of the shallower Caspian Sea waters, have significantly diminished the thickness, seasonal duration, and quality of sea ice. This adverse environmental shift has deprived the Caspian Seals of suitable ice cover necessary for their distribution and reproductive processes. As a result, these seals are compelled to seek refuge on land or inhabit other areas of the Caspian Sea, which introduces them to unsustainable living conditions, compromises their quality of life, and elevates the density of seal populations.
Gözlərini yum. Sən quru qumun və torpağın üzərinə ayaq basırsan… Torpaq xırçıldayır və sən, onun kəskin toxunuşunu öz dərində hiss edirsən.
Bəli, bir zamanlar buralarda su var idi…
Bəli, sən də özündə su daşıyırsan. Milyon illər bundan əvvəl intəhasız üfüqlərindən çıxdığın okeanın suyunu…
Sən içində bu suyun yumşaq toxunuşunu hiss edirsən.
Ayaqlarının altındakı dünyanı.
Biz səninlə çöllü-biyabanda görüşürük.

The ecological collapse of the Caspian Sea is no accident — it's the predictable consequence of decades of exploitation, political inertia, and corporate greed. After the fall of the Soviet Union in 1991, the Caspian was no longer just a body of water; it became a battleground for geopolitical influence and a treasure trove of oil and gas wealth


Xəzərin ekoloji kollapsı təsadüfi deyil. Bu, onilliklər boyu istismarın, siyasi laqeydliyin və korporativ tamahkarlığın əvvəlcədən proqnozlaşdırıla bilən nəticəsidir. 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Xəzər dənizi artıq sadəcə bir su hövzəsi deyildi. O, geosiyasi təsirlər uğrunda bir mübarizə meydanına, neft və qaz sərvətlərinin xəzinəsinə çevrildi.
Təsvirin şərhləri:
Təbii qaz yatağı
Neft yatağı
Neft emalı zavodu
Təbii qaz emalı zavodu
Razılaşdırılmış dəniz sərhədləri
Xəzərin nəzəri ekvidistant (bərabər məsafəli) zonası

Neft hasilatı Xəzər dənizinin ekoloji sağlamlığı üçün hələ də ən böyük təhlükə kimi qalmaqda davam edir.
Tez-tez baş verən neft sızmaları suyun və sahilin çirkləndirməsi ilə nəticələnən gözlə görünən çirklənmələrdən savayı, daha dərinlərə gedən və daha gizli sənaye zərərləri mövcuddur. Xəzər dənizin suyunun 85%-ə qədər təmin edən Volqa və Ural kimi çaylar, sıx məskunlaşmış şəhər mərkəzlərindən keçərkən, özləri ilə böyük həcmdə sənaye və məişət tullantıları da daşıyır.
Bu tullantılara sintetik kimyəvi maddələr, fenollar, neft məhsulları və ağır metallar daxildir: bunların hamısı son ucda Xəzər dənizinə tökülür. Son illərdə isə bu mənzərəni daha da ağırlaşdıran amillərdən biri – dənizin artan plastik məmulatlarla çirklənməsidir.
Lakin neft sənayesinin yaratdığı fəsadlar təkcə bununla bitmir. Xəzərin xam nefti yüksək kükürd tərkibli olması ilə tanınır və atmosferə minlərlə ton zəhərli maddələr, o cümlədən kükürd dioksid və hidrogen sulfid buraxır. Qaz məşəlləri çox zaman miqrasiya edən quşları elə havadaca yandıraraq məhv edir. Qazaxıstandakı “Tenqiz” neft yatağında uzun illər milyonlarla ton kükürd açıq sahələrdə saxlanılır ki, bu da ekoloji səhlənkarlığın ən bariz nümunəsidir.
Neft şirkətlərinin faktiki məsuliyyətini izləmək isə çox çətindir, sübutlar və faktlar çox zaman bürokratik qeyri-şəffaflıq və korporativ təkzibçilik içində it-bat olur. Bu arada Xəzəryanı ölkələr – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan hökumətləri hələ də neft gəlirlərindən əsaslı şəkildə asılıdır. Xüsusi olaraq, Qazaxıstanda neft milli iqtisadiyyatın təməl sütunlarından biridir. Bu səbəbdən ekoloji fəlakətlər barədə ictimai müzakirələr və qınaqlar əksər hallarda susdurulur.

A cluster of oil rigs (bright dots) in the Caspian Sea surrounded by oil slicks are visible in the right-hand side of the image. The imaged area is located east of Baku.
Satellite: ERS-2, instrument: SAR
Oil extraction remains the largest threat to the ecological health of the Caspian Sea. Beyond the visible pollution caused by frequent oil spills that contaminate the water and coastline, the industry's damage runs deeper and is far more insidious. Rivers like the Volga and Ural, which supply up to 85% of the sea’s water, carry with them massive volumes of industrial and household waste as they pass through densely populated urban centers. This waste includes synthetic chemicals, phenols, petroleum byproducts, and heavy metals — all of which end up in the Caspian. In recent years, the situation has been further worsened by the growing presence of plastic pollution in the sea.
Yet the impact of oil operations extends beyond water contamination. Caspian crude, known for its high sulfur content, releases thousands of tons of toxic substances such as sulfur dioxide and hydrogen sulfide into the atmosphere. Gas flares have been documented burning migratory birds mid-flight. At the Tengiz oil field, millions of tons of sulfur were stored in open-air pits for years — a stark example of environmental neglect.
Tracing accountability of the oil companies remains difficult, with evidence and cases often lost in bureaucratic opacity and corporate denial. Meanwhile, the governments of Caspian-bordering countries — Azerbaijan, Iran, Kazakhstan, Russia, and Turkmenistan — continue to rely heavily on oil revenues. In Kazakhstan especially, oil is a cornerstone of the national economy. As a result, public discourse around ecological degradation is often muted
Şəkillə bağlı şərh: Xəzər dənizində neft sızmaları ilə əhatə olunmuş bir qrup neft platforması (parlaq nöqtələr şəklində) təsvirin sağ tərəfində görünür. Görüntülənmiş ərazi Bakının şərqində yerləşir. Peyk: ERS-2, cihaz: SA



Xəzərin flora və faunası üçün artan təhlükələrdən biri də kanalizasiya və tullantı sularıdır.. Rusiya Dövlət Ətraf Mühit Agentliyinin (“Rosprirodnadzor”) məlumatına görə, təkcə Dağıstandan hər il Xəzərə təqribən 850 milyon kubmetr tullantı sular axıdılır. Bunun 80 milyon kubmetri ümumiyyətlə təmizlənmir, yerdə qalan hissəsi isə yalnız qismən emaldan keçir. Dənizə daxil olan bu zəhərli yük dənizin ekosistemlərinə ciddi şəkildə zərər vurur və Xəzər suitisi kimi həssas növlərin tükənməsini sürətləndirir.
Caspian flora and fuan face an additional and escalating threat from wastewater pollution. According to Russia’s state environmental watchdog Rosprirodnadzor, approximately 850 million cubic meters of wastewater are discharged into the Caspian from Dagestan alone each year. Of this, around 80 million cubic meters are completely untreated, while the rest undergoes only partial treatment. The toxic load entering the sea is enormous — contaminating vital marine habitats and accelerating the decline of vulnerable species like the Caspian seal.



Təhlükə altında olan icmalar
Xüsusi olaraq Xəzərin şimal sahillərində yaşayan əhali ciddi sınaqlarla üzləşə bilər. Azalan balıq ehtiyatları onların əsas gəlir mənbəyini yoxa çıxarır, ekstremal hava şəraitləri isə əkinçilik kimi alternativ dolanışıq vasitələrini getdikcə mümkünsüz edir, bu isə öz növbəsində sosial sabitliyi risk altına qoyur. Qazaxıstanın Aktau şəhəri kimi bəzi Xəzəryanı şəhərlər içməli suya tələbatı ödəmək üçün dəniz suyunun duzsuzlaşdırılmasından istifadə edirlər. Lakin dəniz səviyyəsinin azalması bu sistemlərin fəaliyyətini də artıq pozmağa başlayıb.
Hətta Xəzər dənizinin kiçilməsi regional iqlim dəyişikliklərinə səbəb ola bilər – yağıntının azalması və Mərkəzi Asiyada daha quraq şəraitin yaranması nəticəsində kənd təsərrüfatı da zərər görəcək. Üstəlik, Xəzər dənizinin enerji mərkəzi kimi strateji əhəmiyyətini nəzərə alsaq, ekoloji fəlakət, iqtisadi geriləmə və iqlim dəyişikliyinin doğurduğu sosial narahatlıqlar birləşərək qlobal miqyasda ciddi nəticələrə səbəb ola bilər.
Communities at Risk.
Northern coastal populations are likely to face severe challenges as declining fish stocks eliminate a vital source of income, while extreme weather conditions make alternative livelihoods such as farming increasingly unviable—posing a risk to social cohesion.
Some urban centers around the Caspian, including Aktau in Kazakhstan, rely on desalination to meet freshwater needs. However, falling water levels are already disrupting these systems.
A shrinking Caspian Sea may also alter regional climate patterns, potentially reducing precipitation and contributing to drier conditions across Central Asia, thereby indirectly harming agricultural productivity.
Moreover, given the Caspian Sea's importance as an energy hub, the combined pressures of environmental degradation, economic decline, and social unrest driven by climate change could have far-reaching global consequences.
Bu maarifləndirici bədii layihənin hazırlanmasında istifadə olunan sitatlar, sxemlər və digər məlumatlar üçün mənbələr və istinadlar
Sources and references for quotes, schemes and other information used in creation of thsi awareness-raising artistic project
Nelson, H. (2023, June 20). Kazakhstan makes efforts to save the declining Caspian seal population. Caspian Policy Center. Retrieved from https://www.caspianpolicy.org/research/security-and-politics-program-spp/kazakhstan-makes-efforts-to-save-the-declining-caspian-seal-population
Maps are sourced from: Court, R., Lattuada, M., Shumeyko, N. et al. Rapid decline of Caspian Sea level threatens ecosystem integrity, biodiversity protection, and human infrastructure. Commun Earth Environ 6, 261 (2025). https://doi.org/10.1038/s43247-025-02212-5 https://www.nature.com/articles/s43247-025-02212-5
NASA Earth Observatory. (2021, October 8). The Caspian’s Shallow North. NASA. https://earthobservatory.nasa.gov/images/149054/the-caspians-shallow-north
Nakispekova, A. (2023, August 9). Shrinking Caspian Sea and pollution lead to unwanted consequences. The Astana Times. https://astanatimes.com/2023/08/shrinking-caspian-sea-and-pollution-lead-to-unwanted-consequences/
Alekseeva, M. (2025, May 19). Marine life cemetery: The Caspian Sea ecosystem is collapsing under pressure from global warming and pollution. The Insider. https://theins.ru/en/society/281416
European Space Agency. (2002, March). SAR image of oil spills in the Caspian Sea. ESA. https://www.esa.int/ESA_Multimedia/Images/2002/03/SAR_image_of_oil_spills_in_the_Caspian_Sea
Mityagina, M. I., Lavrova, O. Y., & Kostianoy, A. G. (2019). Examples of manifestations of sea surface oil pollution in the oil-producing area "Oil Rocks" in satellite images. In Main Pattern of the Caspian Sea Surface Oil Pollution Revealed by Satellite Data (Figure 2). ResearchGate.
Beysembayev, D. (2025, February 5). Есть опасения, что Каспий может повторить судьбу Арала [There are concerns that the Caspian may share the fate of the Aral Sea]. The Village Kazakhstan. Retrieved from https://www.the-village-kz.com/village/city/situation/39269-est-opaseniya-chto-kaspiy-mozhet-povtorit-sudbu-arala
Gasanov, A. G. (2021). Caspian Sea region oil and natural gas infrastructure [Figure 4]. In Caspian Region: Geopolitical Arena. Clash of Interests and Energy Security. ResearchGate. https://www.researchgate.net/figure/Caspian-Sea-region-oil-and-natural-gas-infrastructure-Source-Caspian-oil-and-gas-in-a_fig3_348310105
“Assel Baimukanova Is Saving the Caspian Seals in the Age of Climate Change.” CaspianPost.com, October 31, 2023.
Svolkinas, Linas, George Holmes, Lilia Dmitrieva, Ilya Ermolin, Pavel Suvorkov, and Simon J. Goodman. “Stakeholder Consensus Suggests Strategies to Promote Sustainability in an Artisanal Fishery with High Rates of Poaching and Marine Mammal Bycatch.” People and Nature 5, no. 4 (2023): 1187–1206. https://doi.org/10.1002/pan3.10490
Dmitrieva, Lilia, Andrey A. Kondakov, Eugeny Oleynikov, Aidyn Kydyrmanov, Kobey Karamendin, Yesbol Kasimbekov, Mirgaliy Baimukanov, Susan Wilson, and Simon J. Goodman. “Assessment of Caspian Seal By-Catch in an Illegal Fishery Using an Interview-Based Approach.” PLoS ONE 8, no. 6 (June 26, 2013): e67074. https://doi.org/10.1371/journal.pone.0067074
Richard Adams Carey – The Philosopher Fish: Sturgeon, Caviar, and the Geography of Desire
Carey, Richard Adams. The Philosopher Fish: Sturgeon, Caviar, and the Geography of Desire. New edition. Waltham, MA: Brandeis University Press, 2024. Originally published 2005 by Counterpoint.